AZ

Pentaqon: Ukrayna münaqişəsinin həlli Avropanın məsuliyyətidir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2026-cı il üçün hazırladığı müdafiə strategiyasında Ukrayna münaqişəsinin həllinə görə əsas məsuliyyətin Avropanın üzərinə düşdüyünü bildirib.

Doğru.az xəbər verir ki, sənəddə ABŞ Prezidenti Donald Trampın mövqeyinə istinad edilərək qeyd olunur: “Prezident Trampın bəyan etdiyi kimi, Ukraynadakı müharibə bitməlidir. O, həmçinin vurğulayıb ki, bu, ilk növbədə Avropanın məsuliyyətidir. Sülhün təmin edilməsi və qorunması NATO müttəfiqlərimizin liderliyini və öhdəliyini tələb edəcək”.

Eyni zamanda, Moskva Avropanın Ukrayna münaqişəsinin həllində iştirak etmək imkanlarını dəfələrlə itirdiyini bəyan edib. Rusiyanın Xarici İşlər Nazirliyi Avropanın bu şansları üç dəfə “boşa verdiyini” açıqlayıb.

XİN rəhbəri Sergey Lavrov bildirib ki, ilk fürsət 2014-cü ilin fevralında, ikinci isə 2015-ci ildə Minsk razılaşmaları imzalanarkən yaranıb.

Lavrovun sözlərinə görə, Avropanın üçüncü şansı isə İkinci Dünya Müharibəsindən əvvəl olub. O qeyd edib ki, həmin dövrdə Rusiya Prezidenti Vladimir Putinin NATO ilə təhlükəsizlik müqaviləsi bağlamaq təşəbbüsünü dəstəkləmək mümkün idi.

DOĞRU.AZ

Seçilən
23
dogru.az

1Mənbələr