AZ

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz üzrə yükdaşımalar üçün əlavə imkanlar açacaq".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinin davam etdiyini diqqətə çatdırıb:

"Zəngəzur dəhlizinin bütün hissələrinin, o cümlədən Azərbaycanda və Ermənistanda yerləşən seqmentlərin açılması ilə dəhlizin buraxılış qabiliyyəti artacaq. Alternativ imkanlar Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini yüksəldəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
unikal.az

7Mənbələr