AZ

ABŞ-nin 16 ştatında fövqəladə vəziyyət elan edildi

Bakı. Trend:

ABŞ-nin az qala yarısında son dərəcədə güclü qar çovğunugözlənilir. Artıq 16 ştatda, o cümlədən paytaxt Vaşinqtondafövqəladə vəziyyət elan edilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qar çovğunun elektrik təchizatında ciddi problemlərə və gündəliktələbat məhsullarının müvəqqəti qıtlığına səbəb ola biləcəyiehtimal edilir.

Bir hissəsi Böyük Düzənliklərdə (Great Plains) formalaşan soyuqhava kütlələri cənub və mərkəzi-qərbi bölgələrə qədər olanərazilərə şaxtalı-qarla hava gətirəcək.

Əlverişsiz havanın azı 230 milyon sakinin yaşayışına təsiredəcəyi bildirilir.

Ştat qubernatorları əvvəlcədən fövqəladə vəziyyət elan edərəkölümcül təhlükə barədə xəbərdarlıq ediblər, eyni zamanda mövcudşəraitlə mübarizə aparmaq üçün maliyyə ehtiyatlarının sərbəstistifadəsinə imkan yaradıblar.

Cümə gününün əvvəlində ABŞ-nin cənubunda yerləşən Texas,Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi Karolina və ŞimaliKarolina ştatlarında fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr