Bakı. Trend:
Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində Tərlan Məmmədov idarəetdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada, 1974-cü iltəvəllüdlü Oktay Əsədovu vurub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,hadisə ötən il dekabrın 29-da qeydə alınıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən O.Əsədov dünən oradavəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.