“Mançester Siti” gözlənilən transferi rəsmiləşdirib. Mark Qehi artıq bu kluba məxsusdu.
"Football-plus.az" xəbər verir ki, Mançester klubu bu keçid üçün “Kristal Pelas”a 20 milyon funt sterlinq ödəyəcək. İngiltərə yığmasının müdafiəçisi bazar günü tibbi müayinədən keçəndən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayıb. “Çelsi”nin yetirməsi olan Mark 2021-ci ildən çıxış etdiyi “Kristal Pelas”da 188 oyun keçirib.
Xatırladaq ki, bu, MS-nin yanvardakı ikinci transferidi. Nəhəng klub bir neçə gün əvvəl “Bornmut”dan Antuan Semenyonu 62,5 milyon funt sterlinqə heyətinə qatmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta