AZ

Ağdaşda ötən il avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib

Ötən il dekabrın 29-da Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Pirəzə kəndində baş verib.

Sürücü Tərlan Məmmədov idarə etdiyi "VAZ-2115" markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub, yaralı xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq, Oktay Əsədov dünən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Seçilən
154
3
bakivaxti.az

10Mənbələr