AZ

26 gün əvvəl vurulan piyada xəstəxanada DÜNYASINI DƏYİŞDİ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.Bizim.Media-nın Aran bürosunun məlumatına görə, Tərlan Məmmədovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yolu keçən piyada — 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub.

 

Hadisə nəticəsində ağır xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Oktay Əsədov dünən xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
bizim.media

10Mənbələr