Milan "İnter"inin baş məşqçisi Kristian Kivu 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkə hesabında bildirilib.
"Neradzurri"nin məşqçisi rəsmən 2026-cı ildə Milanda və Kortinada keçiriləcək Olimpiadanın məşəlçisi olacaq", - xəbərdə deyilir.
Rumıniyalı mütəxəssis ötən yay "İnter"in baş məşqçisi təyin edilib. İtaliya çempionatının 21 turundan sonra "İnter"in 49 xalı var və hazırda birinci yerdədir. 45 yaşlı məşqçinin Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Cebheinfo.az"