AZ

ABŞ-da Amerika TikTok-u fəaliyyətə başladı

19 dekabr 2025-ci ildə Çinin "ByteDance" şirkəti ABŞ-da TikTok-un Amerika versiyasının satışı ilə bağlı müqavilə bağladı. Razılaşma artıq yanvarın 22-si axşam saatlarında qüvvəyə mindi və ekspertlər tərəfindən təxminən 14 milyard dollar dəyərində qiymətləndirilir.

Sənədə əsasən, video platformasının Amerika versiyası 80% yerli şirkətlərə - "Oracle", "Silver Lake" və "MGX", həmçinin müxtəlif investorlara məxsusdur. "ByteDance" şirkətinin özünə təxminən 20% pay düşüb - o, xidmətin Amerika bölməsinə təsir etməyə davam edə biləcək, lakin bu təsir xeyli dərəcədə az olacaq.

TikTok-un pres-relizində bildirilir ki, müqavilənin başa çatması ABŞ-da TikTok-un inkişafında yeni bir mərhələ olacaq. Artıq 200 milyon amerikalı istifadəçinin məlumatları yerli şirkətlər tərəfindən qorunacaq - istifadəçilərin fəaliyyəti haqqında bütün məlumatlar bundan sonra yerli bulud xidmətlərində saxlanılacaq. Hələlik ABŞ-da ayrıca bir tətbiq yaradılıb-yaradılmayacağı, yoxsa mövcud müştərinin IP-ünvan məhdudiyyətləri ilə dəstəklənəcəyi aydın deyil.

Almaz Həsənli

Seçilən
20
oxumeni.az

1Mənbələr