Azərbaycan Premyer Liqasının XVII turunda “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandanın heyətində bir itki var. Cəzalı Arsen Ağcəbəyov meydana çıxa bilməyəcək.
“Qəbələ”də isə 3 futbolçu komandasına kömək edə bilməyəcək. Belə ki, Xayme Syerra, İbrahim Sanqare cəzalıdır.
Viza problemi səbəbindən komandaya gec qoşulan Adriel Ba Loua bugünkü görüşü kənardan izləyəcək.
“Şamaxı” – “Qəbələ” oyunu saat 14:00-da start götürəcək.