AZ

41 yaşını adada qarşıladı -Nərmindən iddialı şəkillər

Müğənni Nərmin Kərimbəyova 41 yaşını qeyd edir. 

Redaktor.az xəbər verir ki, sənətçi qədəm qoyduğu yeni yaşında ilk dəfə adaya səfər edib. 

Doğum günü və səfərindən yeni görüntülər paylaşan ifaçı, Qətərə ilk dəfə səyahətini, bu yaşın ona qatdığı özəllikləri sevənləri ilə bölüşüb.

Müğənninin gecə libası da xeyli müzakirələrə səbəb olub.

Kərimbəyova yeni hiti ilə pərəstişkarlarını sevindirəcək:

"41-ci doğum günümü yeni ölkədə, adada qarşılamağa qərar verdim. Heç vaxt səyahət etmədiyim ölkəni- Qətəri seçdim və qızımla birgə paytaxt Dohadan 30 dəqiqəlik məsafədə (gəmi ilə) yerləşən Banana adasına gəldim. 

Burada yeni ruhsal təcrübələrimə başlamışam və həyatıma yeniliklər gətirirəm. Yeni yaşımda və gələcək həyatımda dinləyicilərimə tək musiqilərimlə yox, həm də yeni ruhsal fəaliyyətlərimlə faydalı olacağıma inanıram. Bu həyatı artıq yeni nəfəslə yaşamağa başlayıram. Dərindən və balansda. 

Hamınızı sevirəm. Tezliklə yeni mahnımız da gəlir. Sevgilərlə".

22222222
Seçilən
26
3
redaktor.az

7Mənbələr