AZ

Bu xəstəliyə tutulanlar gündə 20 dəfə tualetə gedir

Türkiyənin məşhur aktrisası Gupse Özayın xoralı kolit diaqnozu səbəbiylə çətin müalicə prosesi keçməsi xəbəri xroniki bağırsaq xəstəliklərini yenidən diqqət mərkəzinə gətirib. Metbuat.az xəbər verir ki, son zamanlar arıqlaması ilə gündəmə gələn aktrisanın xoralı kolitlə mübarizə apardığı bildirilir. Xroniki bağırsaq xəstəliyi olan xoralı kolit gündəlik həyata ciddi şəkildə təsir edə bilər. Qastroenterologiya mütəxəssisi Vedat Göral xəstəliyin əlamətləri və müalicə prosesi ilə bağlı əhəmiyyətli məlumatları paylaşıb. Qeyd edib ki, xəstəliyin simptomları qarın ağrısı, ishal, qanlı nəcis, tez-tez bağırsaq hərəkətləri (gündə 15-20 dəfəyə qədər), qızdırma, kilo itkisi və əhəmiyyətli arıqlama ola bilər. Həkim deyib ki, xəstəliyin müalicəsi üçün çox təsirli dərmanlar var. 20 il əvvəllə müqayisədə müalicədə ciddi irəliləyiş əldə olunub. Müalicə olunan xəstələr çox müsbət nəticələr əldə edirlər: “Xəstəliyin üç fərqli təzahürü var: bütün bağırsağa, onun yarısına və ya sadəcə giriş hissəsinə təsir edə bilər. Bununla belə, dərman müalicəsi çox uğurlu olduğu üçün əməliyyat indi son çarədir və demək olar ki, heç vaxt lazım olmur”.

Vedat Göral bildirib ki, stress xəstəliyi artıran ən mühüm amillərdən biridir. Ani stress və kədər xəstəliyə səbəb ola bilər: “Aktiv mərhələdə süd istehlakı tövsiyə edilmir. Həmçinin acılı qidalardan və ağrıkəsicilərin istifadəsindən də çəkinmək lazımdır”.

Seçilən
3
metbuat.az

1Mənbələr