AZ

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun məlumatı

Yanvarın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.İclasda komitə üzvü,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bir sıra təkliflə çıxış edib.O bildrib ki,İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-ci ilin yaz sessiyası üçün iş planının layihəsində bu sessiya dövründə görülməsi vacib olan bir sıra məsələlər öz əksini tapıb.Onların arasında bir sıra qanunların qəbul edilməsi,qanunlarında dəyişikliklər edilməsi ilə yanaşı Milli iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı ictimai dinləmələrin keçirilməsi kimi vacib məsələlər də yer alıb.

Ötən il ölkəmizdə ümumi daxili məhsul istehsalı cəmi 1,4 faiz artıb.Bu temp 2024-cü ilin 4,1 faizlik artım sürətindən 3 dəfə aşağıdır. Bunun əsas səbəblərindən biri neft-qaz sektorunda 1,6 faiz enmənin olmasıdır kı,belə enmələr ÜDM-in ümumi artım tempinə ləngidici təsir göstərir.Bu amil əsas olsa da,ÜDM-in artım tempinə digər amillər də təsir edir. Onların arasında Azərbaycan iqtisadiyyatının neft amilinin üstünlük təşkil etdiyi modeldən qeyri-neft sahələrinin aparıcı rol oynayan modelə keçidlə bağlı məsələlər xüsusi yer tutur.Bu mərhələdə qeyri-neft sektorunda da artım aşağıdır.Sözügedən keçid mərhələsinin müddəti nə qədər qısa,ziq-zaqları nə qədər az olsa, iqtisadiyyatımız bir o qədər sürətlə artar, iqtisadi inkişafın maliyyə bazası möhkəmlənər, əhali də bir o qədər uduşlu olar. Ona görə qeyri-neft-qaz sektorunda artım templərinin sürətləndirilməsi ilə bağlı məsələlərin aktuallığı getdikcə artacaq. Orta perspektivdə qeyri-neft sektoru üzrə qoyulan hədəflərə nail olunması xeyli dərəcədə üç sahənin-aqrar sahə,emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq.

Milli Məclisdə təşkil edilən aktual mövzulu ictimai müzakirələrin həmin məsələyə real təsirindən çıxış edərək, bu il ”Qeyri neft sektorunun problem və perspektivləri”, eləcə də “Aqrar sahənin problem və perspektivləri”nə həsr olunmuş ictimai dinləmələrin 2026-ci ilin yaz sessiyası üçün iş planının layihəsinə salınmasını təklif edirk. Ümumiyyətlə götürsək,kənd təsərrüfatı, emal sənayesi və turizm sahəsində mövcud vəziyyət,problem və perspektivlərə həsr olunmuş silsilə ictimai müzakirələrin təşkili bu sahədəki problemlərin həllinin sürətlənməsinə real töhfə verə bilər.

Sonra Əli Məsimli kənd təsərrüfatı ilə bağlı daha bir aktual məsələyə toxunub və bildirib ki,Şəki rayonunda əsasən dəmyə əkinçiliyi üstünlük təşkil etdiyindən, kəndlilər demək olar ki, təbiət hadisələrdən asılı vəziyyətdədirlər. İlin quraq və ya yağmurlu keçməsindən asılı olaraq məhsuldarlıq dəyişir. Son illər müşahidə olunan iqlim dəyişiklikləri nəticəsində quraq illərin sayında artım qeydə alınır ki, bu da kənd təsərrüfatına ciddi zərər vurur. Nəticədə kəndlilər növbəti əkin ili üçün zəruri maliyyə vəsaitindən məhrum olurlar. Belə vəziyyətlərdə Aqrar Sığorta Fondunun fermerlərə gösstərdiyi dəstəyi qiymətləndiririk. Amma bu problemi Aqrar Sığorta Fondunun məhdud maliyyə imkanları ilə lazımı səviyyədə həll etmək mümkünsüzdü.Fermerlərin xeyli hissəsinin çox əziyyət çəkdiyi, böyük itkilərə məruz qaldığı quraqlıq məsələsinin təbii fəlakətlər siyahısına salınması və fermer təsərrüfatları belə hadisələrə məruz qaldıqda, onların müflisləşməsinin qarşısının alınması üçün genişlənmiş maliyyəsi olan kompensasiya mexanizminin yaradılması çox vacibdir. Ona görə də quraqlıq hadisəsinin müvafiq qanunvericilikdə təbii fəlakətlər sırasına daxil edilməsi sahəsindəki bizim irəli sürdüyümüz təklifləimizin reallaşdırlmasının sürətləndirilməsini vacib hesab edirik.

Əli Məsimlinin qanunvericilik təşəbbüsü ilə çıxışının növbəti hədəfi yaşayış minimumu olub.O bildirib ki, Azərbaycanda ehtiyac meyarı göstıricisi xeyli müddət yaşayış minimumundan geri qalsa da,2023-cü ildən başlayara bərabərləşib.2025-ci illə müqayisədə 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarı müvafiq surətdə 15 manat və ya 5,3 faiz faiz artaraq 300 manata çataıb. Bu əslində həmin göstəricilərin artımla yox,bir qədər aşağı-yuxarı olmaqla, inflayasiyaya uyğun kompensasiya rejiminə keçirtmək deməkdir. Çünki bu məsələ daha çox əhalinin aztəminatlı təbəqəsi ilə bağlı məsələdir. Onların pul vəsaitinin çoxu ərzağa gedir.Statistika göstərir ki, ərzaq inflasiyası ölkə üzrə orta inflasiya göstəricisindən yüksəkdir.Ona görə hesab edirik ki,bizim ünvanlı sosial yardım verilməsində ehtiyac meyarını aradan qaldırıb, yaşayış minimumuna keçilməsi barədə hazırladıımız “Yaşayım minimumu haqqında” qanuna dəyişikliklər edilməsinə dair layıhənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi kimi təqdim edilməsi məqsədə uyğun olar.

Əli Məsimli,

Milli Məclisin deputatı

Seçilən
30
5
redaktor.az

6Mənbələr