
Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Kyara Perona kömək edəcəklər.
Oyun yanvarın 25-də, saat 19:00-da Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da baş tutacaq.