AZ

Aydın Moskva klubuna “hə” dedi

“Fənərbaxça”nın cinah yarımmüdafiəçisi Oğuz Aydın Moskvanın ÇSKA klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Publika.az xəbər verir ki, müqavilə üç il yarım müddətinə nəzərdə tutulub. Futbolçu transfer üçün Türkiyə nəhənginin rəhbərliyindən icazə istəyib. Bu barədə jurnalist Mustafa Özgür Sancar “X” sosial media platformasında məlumat verib.

Mənbənin məlumatına görə, “qırmızı-göylər” onun “Fənərbağça” ilə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün 6 milyon avro təzminat təklif edib. Aydının transferi ilə bağlı razılaşmanın son mərhələdə olduğu vurğulanır.

Seçilən
21
1
publika.az

2Mənbələr