AZ

Makronun pilot eynəyi sosial medianı “fəth etdi”

ain.az bildirir, Sherg.az portalına istinadən.

Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda taxdığı aynalı pilot gün eynəyi sosial şəbəkələrdə böyük maraq doğurub. Günlərdir istifadəçilər Makronun eynəyini müzakirə edir, onunla bağlı saysız-hesabsız paylaşımlar edilir.

Sherg.az xəbər verir ki, Makron eynəyi sağ gözündə yaranmış subkonjonktival qanamanı (damar partlamasını) gizlətmək üçün taxır. O, bu narahatlığı daha əvvəl “tamamilə zərərsiz” adlandırmışdı.

Sosial mediada Fransa lideri,Tom Kruzun “Top Gun” filmində canlandırdığı Maverik obrazına bənzədilib, hətta uçuş geyimində fotomontajlar hazırlanıb. Bəzi nəşrlər də mövzuya ironik başlıqlar həsr edib.

Makronun ofisinin açıqlamasına görə, prezident Fransada istehsal olunan və 659 avro dəyərində olan gün eynəyi taxıb. Gözlüyə artan maraq nəticəsində istehsalçı şirkətin səhmləri bir gündə 28 faiz yüksəlib, rəsmi sayta isə həddindən artıq giriş səbəbilə müvəqqəti çöküş yaşanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr