AZ

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfər edəcək

ABŞ-ın vitse-prezidenti J.D. Vance fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək.

Busaat.az xəbər verir ki , bu barədə Amerika lideri Donald Tramp TruthSocial sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesinin daha da irəliləməsinə, eləcə də Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolunun (TRIPP) həyata keçirilməsinə yönələcək.

Tramp daha əvvəl ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcəyini bildirmişdi .

Qeyd etmək lazımdır ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Yerevan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılıb.

Görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsini parafladılar və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) birgə müraciətini imzaladılar.

Seçilən
69
busaat.az

1Mənbələr