AZ

Pentaqon: ABŞ-nin əsas prioriteti artıq Çin deyil

BAKI, 24 yanvar. TELEQRAF

ABŞ hərbçilərinin əsas diqqəti artıq Çinə yox, ölkə daxili və Qərb yarımkürəsinə yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin dərc etdiyi 2026-cı il üçün Milli Müdafiə Strategiyasında qeyd olunub.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə dərc olunan dörd illik hesabatda əks olunan prioritetlər Bayden administrasiyasının prioritetlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Sənəddə diqqət daha çox daxili məsələlərə, məsələn, sərhədin qorunması və narkotiklərlə mübarizəyə yönəldilib.

Sənəddə ölkənin təcridçi siyasət gütmədiyi, həmçinin ABŞ-nin müttəfiqlərindən daha çox səylər tələb etdiyi bildirilib.

Seçilən
41
teleqraf.com

1Mənbələr