AZ

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Bir çox ölkələrdə banklar müştərilərin kartlarda saxladığı maaşa görə əlavə faiz və ya bonus ödənişi təqdim edir. Bu təcrübə həm əmanətçiləri stimullaşdırır, həm də bank sektorunda rəqabəti gücləndirir. Belə bir addım həm vətəndaşların maliyyə imkanlarını artırar, həm də bankların xidmət keyfiyyətini yüksəldə bilər. 

Bəs, ölkəmizdə bu təcrübə gerçəkləşə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “big.az”a açıqlama verib. Onun sözlərinə görə, ölkəmizdə maaşlar o qədər yüksək deyil ki, onun kartda saxlanılması bankın hansısa bir marağına səbəb olsun. 

Ekspert bildirib ki, hesabdakı qalığa görə ayın sonunda müəyyən dərəcədə dividend banklarda var. Düzdür çox cuzidir, amma var: 

"Yəni bizdə problem maaşların az olmasıdır ki, insanlar maaş az olduğuna görə nəğdləşdirməyə daha çox üstünlük verirlər. Əsasəndə kiçim maaş alanlar. Digər məsələ isə ondan ibarətdir ki, bizdə hər yerdə kartla ödəniş etməkdə mümkün deyil axı. Məsələn, məhəllədə meyvə-tərəvəz satan dükanlar var.

Onlarda kartla ödəniş etmək demək olarki mümkün deyil və yaxudda kiçik köşklərdə də kartla ödəniş etmək demək olarki mümkün deyil. Yəni bizim insanların hələdə nəğd pula yanaşması Avropadan fərqlidir. Ancaq dediyim ki, ən böyük məsələ maaş azlığıdır. Yəni maaş azdır deyə bankında marağı yoxdur ki, həmin o az məbləğ daim hesabda qalsın. Çünki məbləğ hesabda onsuzda qalmır, vətəndaş gedib ödəniş edir. 

Bunun banka nə təsiri ola bilər?

Ancaq dövlət üçün xeyirlidir ki, nağdsiz ödənişlərdə vergidən yayınmanın qarşısı alınır. Ancaq böyük məbləğlər olanda bankın xeyri olur ki, böyük məbləği saxlayıb, özü müəyyən faiz ödəsin".

Bizim.Media

Seçilən
31
3
bizim.media

4Mənbələr