AZ

"Şmatko" görmə qabiliyyətini itirib?

Məşhur "Əsgərlər" serialında "praporşik" Şmatko rolunu canlandırmış teleserial ulduzu Aleksey Maklakovun səhhətində ciddi problem yaranıb.

Publika.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, sənətçi görmə problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.

"Mash" özünün mənbəsinə istinad edib. Məlumata görə, 63 yaşlı aktyor axşamlar görmə qabiliyyətinin xeyli pisləşməsindən şikayətlənirmiş. O, həkimlərə ssenariləri oxumağın və xırda şriftlərlə işləməyin olduqca çətinləşdiyini deyib.

Həkimlər lazımi müayinələri aparıblar. Aktyor, çox güman ki, gözün büllur qışasında ağır əməliyyat keçirəcək.

Seçilən
30
publika.az

1Mənbələr