AZ

Holivudda ilin toyu: Boşanmadan evlənməyə hazırlaşır

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Holivudda 2026-cı ildə "Brukveyd" ulduzu Sutton Foster ilə aktyor Hyu Cekman arasında ilin mümkün toyu barədə şayiələr dolaşır.

Qaynarinfo "Radar Online" portalına istinadən xəbər verir ki, ulduz cütlük münasibətlərinin yeni mərhələsinə aktiv şəkildə hazırlaşır, onlar bütün hüquqi formalıqlar başa çatdıqdan sonra evlənəcək. Hazırda Foster 2014-cü ildən evli olduğu ssenarist Ted Qriffin ilə boşanma prosesini sürətləndirir.

Eyni zamanda, keçən ilin iyun ayında 27 illik evlilikdən sonra Deborah-Lee Furness ilə boşanmasını yekunlaşdırmış Hyu Cekman böyük mərasim planlaşdırır. Cütlüyə yaxın mənbələrin sözlərinə görə, aktyor Nyu-Yorkda zəngin toy təşkil etmək istəyir.

Şayiələrə görə, mümkün qonaqlar arasında Nikol Kidman, Rassel Krou, Naomi Votts ola bilər. Mənbələr vurğulayır ki, aktyor üçün pul problem deyil, çünki o, bu hadisəni həqiqətən unudulmaz etmək istəyir.

Foster və Cekman arasındakı romantik əlaqə barədə şayiələr onların 2021–2023-cü illərdə "Brukveyd"də birlikdə çıxış etdiyi "The Music Man" musiqili zamanı aktiv müzakirə olunmağa başlayıb. Lakin cütlük ictimaiyyət qarşısına ilk dəfə yalnız 2024-cü ilin sonunda birlikdə çıxıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr