Ukrayna Futbol Assosiasiyası (UAF) 2026-cı il Avropa Futzal Çempionatında Ukrayna və Ermənistan milli komandaları arasında keçirilən oyun zamanı baş verən hadisə ilə bağlı UEFA-nın Nəzarət, Etika və İntizam Orqanına müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə UAF-ın rəsmi saytı məlumat yayıb.
Oyundan dərhal sonra Ermənistan millisinin oyunçusu Denis Nevedrov Ukraynaya qarşı söyüş söyüb. Futzalçının açıq çıxışları oyunun yayımı zamanı kameraya düşüb.
UAF Ermənistan milli komandasının oyunçusunun hərəkətlərini idmançıya yaraşmayan davranış hesab edir və bu, İntizam Qaydalarının pozulmasıdır.
Belə hallarda UEFA İntizam Qaydaları on oyunluq cəza nəzərdə tutur.