AZ

Sabiq basketbolçunun qızı dünyada ən yüksək maaş alan qadın futbolçu oldu

Məşhur ABŞ-li basketbolçu Dennis Kit Rodmanın qızı, qadınlardan ibarət ABŞ millisinin və “Vaşinqton Spirit” klubunun hücumçusu Triniti Rodman dünyanın ən yüksək maaş alan qadın futbolçusu olub.

İdman.Biz ESPN agentliyinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu klubu ilə müqaviləsini üç il müddətinə uzadıb.

Yeni müqavilə Rodmana bonuslar da daxil olmaqla illik 2 milyon avro qazanc təmin edəcək.

Triniti Rodman 2021-ci ildən etibarən Milli Qadın Futbol Liqasında “Vaşinqton Spirit”in formasını geyinir, 2022-ci ildən isə ABŞ millisində çıxış edir. O, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında üç qol vurub və finalda Braziliya üzərində qazanılan qələbə ilə ABŞ yığması qızıl medallara sahib çıxıb.

Məlumat üçün əlavə edək ki, ulduz basketbolçu Dennis Kit Rodman peşəkar karyerasını 2000-ci ildə bitirib.

İdman.Biz
Seçilən
55
1
idman.biz

2Mənbələr