ABŞ Müdafiə Nazirliyi 2026-cı il üçün "Milli Müdafiə Strategiyası" sənədini dərc edib.
Publika.az xəbər verir ki, sənəddə əvvəlki ABŞ administrasiyalarının "millət quruculuğuna" diqqət yetirdiyi və bunun ordunu zəiflətdiyini iddia etdiyi bildirilir.
Sənəddə həmçinin ABŞ ərazisinin müdafiəsi, Hind-Sakit okean bölgəsində Çinin qarşısının alınması, müttəfiqlər arasında yükün bölüşdürülməsinin artırılması və ölkənin müdafiə sənayesi bazasının canlandırılması kimi prioritetlər sadalanıb.
"Milli müdafiə"ni ordunun əsas prioriteti kimi müəyyən edən sənəddə bildirilir ki, əsas diqqət hava, kiber və nüvə müdafiəsinin gücləndirilməsinə, eləcə də sərhəd təhlükəsizliyinə, narkotik qaçaqmalçılığına qarşı mübarizəyə və Qərb yarımkürəsində Panama kanalı və Qrenlandiya kimi əsas yerlərin qorunmasına yönəlib.