AZ

Putinin üzərində beynəlxalq tribunal başladı - 10 milyon avro ayrıldı...



Avropa İttifaqı, Prezident Vladimir Putin də daxil olmaqla, aparıcı Rusiya siyasətçilərinin Rusiyanın Ukraynaya qarşı təcavüzündəki rolunu araşdıran xüsusi tribunalın işini maliyyələşdirmək üçün ilk 10 milyon avronu köçürüb.

Bu barədə yanvarın 22-də X sosial media platformasında Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

"Rusiya liderləri bu müharibəyə görə məsuliyyət daşıyırlar və onlar buna görə cavab verməlidirlər. Cəzasızlıq ola bilməz", - deyən Kallas Avropa Şurası ilə müvafiq anlaşmanın imzalandığını qeyd edib.

TAHİR

Seçilən
10
baki-xeber.com

1Mənbələr