AZ

Televiziyalarımızda hələ də analitik informasiya və şou proqramlara üstünlük verilir

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Audiovizual Şura 2025-ci il ərzində ölkə üzrə yerli televiziya kanallarında yayımlanan proqramlar üzrə hesabatını təqdim edib.

Sherg.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistika televiziyalarımızın hazırkı mənzərəsini, proqram siyasətinin nəyin üzərində qurulduğunu ortaya qoyub. Məlum olub ki, televiziyalarımızda hələ də analitik-informasiya və şou proqramlara üstünlük verilir. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belədir: 

23,47 % - informasiya və analitik proqramlar

16,33 % - musiqi və əyləncəli proqramlar

15,90 % - idman proqramları

13,45 % - bədii filmlər və seriallar

10,90 % - reklam məzmunlu materiallar

8,04 % - mədəni-maarif janrında proqramlar

3,82 % - anonslar, elanlar

2,93 % - sosial yönümlü proqramlar

2,89 % - sənədli film və materiallar

1,17 % - sosial çarxlar

1,10 % - uşaq proqramları və cizgi filmləri

Göründüyü kimi yerli telekanallarda informasiya-analitik və musiqili-əyləncəli proqramlar öndədir. Sosial çarxlar cəmi 1,17 faiz, uşaq proqramları ondan da az yer tutur. Mədəni-maarif janrında proqramlara da az yer verilir. Reklam məzmunlu materiallar daha çoxdur nəinki sosial yönümlü proqramlar. Yəni, belə nəicəyə gəlmək olar ki, televiziyalarımızın gəliri şou proqramlar və reklamlardandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sherg.az

1Mənbələr