AZ

İran ABŞ bazalarına mümkün hücumlara “ölümcül” cavab verəcəyini açıqladı

İran ABŞ tərəfindən mümkün hərbi addımlar atılacağı təqdirdə Qərbi Asiyadakı Amerika bazalarını hədəf alacağını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı və parlament deputatı Məhəmməd Həsən Kovsari açıqlama verib.

Kovsari bildirib: “ABŞ tərəfdən hər hansı bir səhv olarsa, onların Qərbi Asiyadakı bazaları hədəfə çevriləcək”. Onun sözlərinə görə, Tehranın cavabı “ölümcül və qorxuducu” xarakter daşıyacaq.

İranlı deputat qeyd edib ki, regionda yerləşən ABŞ-yə məxsus hərbi obyektlər artıq potensial hədəflər siyahısına daxil edilib və rəsmi Tehran təhlükəsizliyinə yönələn istənilən təhdidə sərt cavab vermək niyyətindədir.

Aliyə

Seçilən
103
nocomment.az

1Mənbələr