Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva klubunu dəyişib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Almaniyanın “Hamburq” klubuna transfer olunub.
Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.