Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə münasibət bildirib.
Oxu24.com-a özəl olaraq açıqlamasında Xalq artisti qızının bir neçə il əvvəl FHN-də işləməsi xəbərini təsdiqləyib.
"Bəli,qızım orada işləyib.Mən o vaxtı getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar,imtahan etdilər və işə götürdülər.Qızım ali təhsillidir.Qanuni şəkildə işə qəbul edilib.Ancaq onun rütbəsindən xəbərim yoxdur",-deyə Niyaməddin Musayev bildirib.