AZ

Alyaskada böyük qazma qurğusu aşaraq alovlandı

Ajans.az xəbər verir ki, bu barədə "The Alaska Landmine" məlumat yayıb. Hadisə yanvarın 23-də Alyaskanın şimal yamacında, "Alpiyski" yatağı yaxınlığında baş verib. Qurğunun çəkisi təxminən 4 500 tondur. İlkin məlumatlara görə, o, daşınma zamanı aşıb. Yanğının söndürüldüyü bildirilir. Ciddi xəsarət alan olmayıb. Hadisənin təfərrüatı və səbəbləri dəqiqləşdirilir. Şirkət həmçinin yatağın infrastrukturuna zərər dəymədiyini qeyd edib. Boru kəmərləri və digər istehsal müəssisələri zədələnməyib. Mütəxəssislər hazırda qazma qurğusunun özünün vəziyyətini qiymətləndirirlər.
Seçilən
144
Ajans.az

1Mənbələr