JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Vətəndaş məmnunluğunun təmin edilməsi və yerlərdə mövcud olan məsələlərin operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 23 yanvar 2026-cı il tarixdə Gilançay kəndində  səyyar vətəndaş qəbulu keçirib.

Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən rayon rəhbəri ilk olaraq ölkə daxilində, eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, qəbul edilmiş dövlət proqramları çərçivəsində Naxçıvanın və xüsusilə Ordubad rayonunun sosial-iqtisadi potensialının artırılması, infrastrukturun yenilənməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra olunur.

İcra Başçısı, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda  məşğulluq imkanlarının artırılması,  şəhər və kənddaxili yol infrastrukturunun yenidən qurulması, meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib.  Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyəti qeyd edilib, dəmir yolu infrastrukturunun yenidən qurulması məqsədilə Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə başlanılması diqqətə çatdırılıb. 

Qəbul zamanı sakinlərin məşğulluq, içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, bələdiyyəyə məxsus torpaq sahələrinin hərrac yolu ilə alınması, kənd ərazisində yerləşən körpüdə təmir-bərpa işlərinin aparılması, mərasim evinin tikintisi və s. ilə əlaqədar müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Həlli müəyyən vaxt tələb edən digər məsələlərlə bağlı isə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də vətəndaş müraciətlərinin dinlənilməsi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.

1
1
1
1
1
1
1
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX