AZ

ABŞ Azərbaycana müdafiə məhsulları satacaq

Vaşinqton Bakı ilə strateji tərəfdaşlığını gücləndirəcək və ABŞ Azərbaycana müdafiə məhsulları satacaq.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda ABŞ Prezidenti ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

D.Trampın sözlərinə görə, bu müharibə onun bitirdiyi səkkiz müharibədən biridir və region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-ın vitse-prezidenti Jey Di Vensin sülh səylərini inkişaf etdirmək, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu irəli aparmaq üçün fevral ayında Azərbaycana və Ermənistana səfər edəcəyini bildirib.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacaq, böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacaq, ABŞ istehsalı müdafiə avadanlıqlarını, məsələn, zirehli gödəkçələr, qayıqlar və daha çoxunu Azərbaycana satacağıq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Seçilən
39
poliqon.az

1Mənbələr