Bakı. Trend:
Çinin ən yüksək rütbəli generallarından biri – ordunu idarə edənMərkəzi Hərbi Komissiyanın sədr müavini, general-polkovnik ÇanYouşia və Baş Qərargah rəisi, general-polkovnik Lyu Cinli barəsindəistintaq başladılıb.
Trend-in xariciKİV-ə istinadən məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyiaçıqlama yayıb.
Bildirilib ki, Çan Youşia və Lyu Cinli partiya nizam-intizamınıvə qanunları ciddi şəkildə pozmaqda şübhəli hesab edilirlər.
İstintaq çərçivəsində irəli sürülən iddiaların detallarıaçıqlanmasa da, partiya nizam-intizamının və qanunların pozulmasıifadəsi adətən korrupsiya ilə bağlı şübhə və ya ittihamları ehtivaedir.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ali idarəetməorqanı olan 7 nəfərlik Mərkəzi Hərbi Komissiyanın iki sədrmüavinindən biri olan 75 yaşlı general-polkovnik Çan Youşia ordununən yüksək rütbəli hərbi fiquru hesab olunurdu.
O, eyni zamanda ölkəni idarə edən Çin Kommunist Partiyasının(ÇKP) ali rəhbər strukturu sayılan 24 nəfərlik Siyasi Büronun üzvüidi.
Mərkəzi Hərbi Komissiyanın Baş Qərargah İdarəsinin rəhbəri olan61 yaşlı general-polkovnik Lyu Cinli isə bu vəzifəni 2022-ci ildənicra edirdi.