
Ukraynaya əsas sursat və zirehli texnika tədarükçüsü olan “Czechoslovak Group” (CSG) silah holdinqinin sahibi Mixal Strnad müdafiə sənayesində ən varlı iş adamı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Strnadın xalis sərvəti 37 milyard dollara çatıb ki, bu da Çexiya iqtisadiyyatının təxminən 10%-ni təşkil edir.
Bu, şirkət və onun sahibinin fond bazarında 3,3 milyard avro cəlb etməsindən sonra baş verib.