AZ

Saxta vəkil belə ifşa olundu - Anar Bağırov rayon prokuroruna zəng edib

BAKI, 24 yanvar. TELEQRAF

Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu rayon prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.

Teleqraf-ın məlumatına görə, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hquq verən saxta vəsiqədən bilə-bilə istifadə etəkdə təqsirli bilinib.

O, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb.

Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pul qabısı ifşa edib. Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pul qabının rayon prokurorluğunun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığını deyilib. Səhəri gün
Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya və sənədlər rəsmi
qaydada Vəkillər Kollegiyasına göndərilib.

Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs 2 min manat məbləğində cərimə olunub.

Seçilən
137
13
teleqraf.com

10Mənbələr