AZ

Novxanıda ev kül oldu – VİDEO

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, Noxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində alovlanma qeydə alınıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürmə texnikaları cəlb olunub. Yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hadisə yerində polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir. Yanğının səbəbləri və dəymiş ziyan araşdırılır.

Sara

Seçilən
39
nocomment.az

1Mənbələr