Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib. SİA xəbər verir ki, "Gəncə" evdə "Sabah"la üz-üzə gəlib.
Gəncə İdman Sarayında baş tutan A qrupunun qarşılaşmasında Bakı təmsilçisi qələbə qazanıb - 101:77.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı (86:68), "Naxçıvan" "Sərhədçi"ni (65:57) məğlub edib. XIV tura yanvarın 25-də yekun vurulacaq.
Müəllif: Ziya Hikmətoğlu