AZ

Moskvada qışın ən soyuq gecəsi qeydə alındı

Dünən gecə Moskvada bu qışın əvvəlindən bəri ən soyuq gecə olub.

News365.az xəbər verir ki, bunu "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında bildirib

Leus qeyd edib ki, paytaxtın əsas meteoroloji stansiyası olan VDNX-nin məlumatına görə, minimum hava temperaturu -17,3 dərəcəyə düşüb.

Bundan əvvəlki ən soyuq gecə 24 dekabr 2025-ci ildə qeydə alınıb. Həmin gecə minimum temperatur -16,4 dərəcə olub. 

Ekspertin sözlərinə görə, Moskva vilayətində termometr göstəriciləri Solneçnoqorskda -14,2 dərəcə ilə Çerustidə -28,2 dərəcə arasında dəyişib. Bu, həm də qışın əvvəlindən bəri Moskva vilayətində qeydə alınan ən aşağı temperaturdur.

Mərkəzi Federal Dairədə şaxtalar 30 dərəcəyə yaxınlaşıb: Vladimir vilayətinin Vyazniki şəhərində termometr -29,8 dərəcəyə düşüb.

Leus bildirib: "Rusiyanın Avropa hissəsində ən soyuq yer Perm vilayətinin Krasnovişersk rayonunun Vaya kəndi olub və burada gecə minimum temperatur -38,2 dərəcə olub".

Seçilən
41
2
news365.az

3Mənbələr