İmişli, 24 yanvar, AZƏRTAC
İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlanıb
Bu barədə AZƏRTAC-a İmişli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, alının kəsilmiş, sıyrılmış yarası, bud sümüyünün orta aşağı üçdə birinin qapalı qəlpəli yerdəyişən sınığı, sol diz qapağının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü şəxs zəruri tibbi yardım göstərildikdən sonra Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1974-cü il təvəllüdlü şəxs isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.1995-ci il və 1975-ci il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.