“Çelsi” su şüşəsinin atılması hadisəsinə görə 150.000 funt sterlinq cərimələnib.
Publika.az xəbər verir ki, hadisə 27 dekabr 2025-ci ildə “Aston Villa” ilə evdə keçirilən oyundan sonra (1:2) baş verib.
Final fitindən sonra Birmingem klubunun skamyası tərəfə açıq plastik su şüşəsi atılıb.
“Villa” rəsmilərindən biri əşyanın “Çelsi” azarkeşlərinin və əməkdaşlarının yerləşdiyi tribunadan atıldığını bildirib.