Paytaxtın mərkəzi küçəsində ikinəfərlik elektrik avtomobili ilə hərəkət edən vətəndaş sürücülərin diqqətini cəlb edib.
Publika.az xəbər verir iki, bu barədə videogörüntü paylaşılıb.
Qeyd olunub ki, hərəkətin intensiv olduğu Rəşid Behbudov küçəsində vətəndaşlardan biri "Renault Twizy" markalı, dövlət nömrə nişanı olmayan elektrik avtomobili ilə hərəkət edib. O, hərəkətini həm avtobus, həm də ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla davam etdirib.