AZ

“Daşlar kimi...” və yaxud 48 yaşda ilk dəfə cib dəsmalı istəyi...

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Mənim anam indi də deyir ki “Sizi daşlar kimi böyütmüşəm, niyə xəstələnirsiz ?!”  Adi bir öskürək olardı, ya da, bir asqırmaq, həmən həyəcanlanıb soruşardı ki, “Nə olub?!, Harda soyuq vermisən özünə?!” Bu sualla da hər şey bitmirdi...  Anam nə qədər danışar və tənbeh edərdi.... Elə indinin özündə də.... Mən bu sualın verilməməsi üçün təbii olan öskürəyimi və asqırmağımı belə boğardım içimdə. Həmçinin qardaşlarım və bir bacım da belə edərdilər...   

Bu gün 48 yaşlı adamam. (Tale elə gətirib ki, Biznes təlimçi, mentor, müəllim kimi fəaliyyət göstərirəm. İnsanlara həm də Auditoriyalarda özünüinkişafla, bəzən də dolayısı ilə sağlamlıqla bağlı təlimlər keçirəm).  Qardaşlarım və bacım da məndən çox kiçik deyillər.  Şükür Allaha, anamın “Sizi daşlar kimi böyütmüşəm...”sözü bu vaxta qədər təsdiqini tapıb. Sanki adam deyir ki, “Sizin xətələnməyə haqqınız yoxdur”. Və yenə də şükür bizə anamızı da verən Allaha bu günə kimi sağlam qalmışıq. Hərçənd mən xəstələnəndə həkim dostlarımla onların dərmanlarını yox, restoranda yedikləri kabalarını yeyirəm... 

Dünən isə Qusarda – 9 dərəcə   şaxta olub. Mən də işlə əlaqədar çöldə həmişəkindən daha çox oldum.. Xəbərim olmadan soyuq oldu mənə deyəsən. Axşam yatanda hiss etdim. Amma özümü o yerə qoymadım. Sabah işimə getdim. Burnumdan su dayanmadan axırdı... Auditoriyada, diqqət mərkəzində olduğum üçün narahat olmağa başladım... Çox çətin anlar keçirdim. Ömrümdə ilk dəfə idi ki, cib dəsmalına etiyacım oldu. Avtomobilimdən kağız salfetlərlə idarə etmək zorunda qaldım. Gözümün qarşısına cib dəsmalları gəlirdi. Elə bir zərurət idi ki... Düşündüm ki, mənim anam cibimə niyə cib dəmalı qoymayıb? Anam da mənim yaşadığım yerdə deyildi. Hərbiçi qardaşımgildədir. Bu mənə təsəlli verirdi ki, anam bilməyəcək... Bir günə özümü sağlam vəziyyətə gətirdim demək olar... İlk dəfə cib dəsmalına olan ehtiyacımı 48 yaşımda his etdim... Anam bilməsin...Ceyun Ağabəyov 

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
adalet.az

1Mənbələr