AZ

Yaxın günlərdə ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacaq Analitik

ain.az, Sherg.az saytına istinadən bildirir.

"Tramp ərəb dövlətlərini İrana qarşı bir cəbhəyə yığır, onlar da sanksiyalara qoşulacaq"

ABŞ-nin yeni Milli Müdafiə Strategiyasında Yaxın Şərqə dair yanaşmalar da əksini tapıb. Yanvarın 23-də Pentaqonun dərc etdiyi sənəddə ərəb dövlətləri İrana qarşı daha fəal siyasət yürütməyə, İsrailin özünümüdafiə tədbirlərini dəstəkləməyə və bu ölkə ilə əməkdaşlığı genişləndirməyə çağırılır. Sənəddə qeyd olunur ki, ABŞ regionda daha sabit və rifahlı mühitin formalaşmasına nail olmağı hədəfləyir. Bildirilir ki, prosesdə əsas rol ABŞ-nin regional müttəfiqləri və tərəfdaşlarına məxsusdur. Vaşinqtonun bu çərçivədə Prezident Donald Trampın diplomatik təşəbbüsləri əsasında qurulan siyasəti davam etdirməyi planlaşdırdığı bildirilir.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın ərəb dövlətlərinin Vaşinqtonun strateji müttəfiqləri olması ilə bağlı bəyanatlar verdiyini söyləyib.

"O bu istiqamətdə kifayət qədər ciddi addımlar atır. ABŞ-nin həm Səudiyyə Ərəbistanı, həm Qətər, həm də Birləşmiş Ərəb Əmirlikləri ilə strateji müttəfiqlik barədə razılaşmaları mövcuddur. Bundan əlavə, Trampın sərəncamı ilə Qətər dövlətinə ABŞ ərazisində hərbi baza yaradılmasına icazə verilib.

ABŞ sünni ərəb dövlətlərinin İrana qarşı yürüdülən ABŞ və İsrail siyasətində onların yanında olmasını hədəfləyir. Vaşinqton bu istiqamətdə tez-tez çağırışlar edir. 2020-ci ildə başlanmış Abraham razılaşmalarına ərəb dövlətlərinin qoşulması da bu məqsədə xidmət edir.

Hazırda faktiki olaraq ABŞ-nin İrana qarşı tədbirləri fəal mərhələyə keçib. ABŞ-yə məxsus hərbi hava qüvvələri artıq Fars körfəzinə yaxın ərazilərdə və İrana yaxın digər bölgələrdə yerləşdirilib". 

Politoloq vurğulayıb ki, böyük ehtimalla, yaxın günlərdə İsrail və ABŞ hərbi hava qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarının şahidi olacağıq:

"ABŞ-nin maliyyə naziri də İrana qarşı yeni sanksiyaların tətbiq edildiyini bəyan edib. Onların fikrincə, İran dövləti ölkə daxilindəki iğtişaşlarla əlaqədar olaraq maliyyə vəsaitlərini ölkə xaricinə çıxarmağa çalışır. ABŞ Maliyyə Nazirliyi bu prosesin ciddi şəkildə izlənildiyini və buna qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb. Sanksiya altında olan İran neftini daşıyan gəmilərə nəzarətin gücləndirilməsi də gündəmə gətirilib. Görünən odur ki, yaxın vaxtlarda bu ərəb dövlətləri də ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşula bilərlər".

Analitik BMT-də də İrana qarşı sanksiyalarla bağlı dinləmələr keçirildiyini bildirib:

"Məruzəçi mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı bəyanatla çıxış edib, İran hakimiyyətini həbsdə olan dinc vətəndaşların öldürülməsini dayandırmağa və internetə çıxışı bərpa etməyə çağırıb. İran hakimiyyətinin verdiyi rəsmi məlumata görə, iğtişaşlar zamanı 3000-dən çox vətəndaş həlak olub. Lakin beynəlxalq təşkilatların qiymətləndirmələrinə əsasən, ölənlərin sayı 10 mindən çoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sherg.az

1Mənbələr