AZ

Tehranın mövqeyi qətidir: “Sərt cavab veriləcək”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

İran rəsmisi: “İran bu gün 12 günlük müharibə dövründəkindən daha yaxşı vəziyyətdədir”

“İran ona qarşı hər hansı bir hücumu tammiqyaslı müharibə kimi qəbul edəcək və ən sərt şəkildə cavab verəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri yüksək vəzifəli bir İran rəsmisi deyib.

"Bu dəfə biz istənilən hücumu - məhdud, limitsiz, "cərrahi", kinetik, nə adlandırsanız da - bizə qarşı tammiqyaslı müharibə kimi görəcəyik və ən sərt şəkildə cavab verəcəyik", - deyə o anonimlik şərti ilə jurnalistlərə bildirib.

İran rəsmisi qeyd edib ki, Tehran indi 12 günlük müharibə dövründəkindən "daha yaxşı vəziyyətdədir".

Cümə axşamı ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin "ehtiyat üçün" İrana doğru hərəkət etdiyini bildirib. Əvvəllər o İrana hərbi müdaxilə variantının aradan qaldırılıb-qaldırılmadığı sualına qəti cavab verə bilməyib və gələcəkdə nə baş verəcəyini təxmin edə bilmədiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr