AZ

Davos forumu fonunda gizli qalmaqal - Fahişələrin xidmətlərinə tələbat 40 dəfə artıb

Dünya İqtisadi Forumu zamanı elit müştərilərin bahalı fahişə sifarişləri və qeyri-adi təklifləri gündəm olub...

Poliqon xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) zamanı eskort xidmətlərinə tələbat kəskin şəkildə artıb. Fransanın La Dépêche nəşrinin yazdığına görə, forum günlərində fahişələrə olan maraq adi dövrlərlə müqayisədə təxminən 4000 faiz yüksəlib.

Məlumatda qeyd edilir ki, builki forumda ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask, Ukrayna prezidenti Volodimir Zelenski və digər tanınmış siyasi və iqtisadi fiqurlar iştirak ediblər. Məhz bu yüksək səviyyəli iştirakçıların və dünya biznesinin qaymağının Davosa axını qeyri-rəsmi xidmətlər bazarında görünməmiş canlanma yaradıb.

Nəşrin iddiasına əsasən, ən bahalı sifarişi şəxsiyyəti açıqlanmayan bir kişi verib. O, dörd gün ərzində beş qadının xidmətindən yararlanmaq üçün 103 min avro ödəyib. Bu məbləğ forum çərçivəsində qeydə alınan ən yüksək ödənişlərdən biri hesab olunur.

Məqalədə qeyd olunur ki, bəzi qadınlara yalnız maddi deyil, eyni zamanda karyera və şəxsi imkanlarla bağlı təkliflər də edilib. Belə ki, iştirakçılardan birinə yüksək vəzifəli top-menecerlərlə ünsiyyətdən sonra nüfuzlu bir vəzifə təklif edildiyi bildirilir. Digər qadınlara isə Parisə alış-veriş səfərləri və müxtəlif bahalı hədiyyələr vəd olunub.

Qeyd edilir ki, Davos Forumu illərdir qlobal siyasət və iqtisadiyyatın müzakirə olunduğu əsas platformalardan biri sayılsa da, paralel şəkildə baş verən bu cür qalmaqallı hallar tədbirin ictimai imicinə kölgə salmağa davam edir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr