AZ

Meqa şəhərlər su stresi ilə üz üzə

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni analiz dünyada bir çox iri şəhərin ciddi su böhranı riski ilə qarşı-qarşıya olduğunu ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, "Watershed Investigations” və "The Guardian” əməkdaşlığı ilə hazırlanan araşdırmaya əsasən, dünyanın ən böyük 100 şəhərinin yarısı yüksək səviyyədə su stresi yaşayır. Bu şəhərlərin 38-i isə "həddindən artıq yüksək su stresi”nin müşahidə edildiyi bölgələrdə yerləşir.

Təhlildə Pekin, Nyu-York, Los-Anceles, Rio-de-Janeyro, İstanbul kimi iri şəhərlər "həddən artıq stres altında olan” metropollar kimi qiymətləndirilib. Eyni analizdə uzunmüddətli şiddətli quraqlıq yaşayan bölgələrdə yerləşən böyük şəhərlərdə təxminən 1,1 milyard insanın yaşadığına diqqət çəkilir. Güclü yağıntı tendensiyası göstərən bölgələrdə yerləşən şəhər və ətraf ərazilərdə isə 96 milyon insanın məskunlaşdığı qeyd olunur.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən çərşənbə axşamı yayımlanan açıqlamada bildirilib ki, dünyanın bəzi su mənbələrinin daimi şəkildə zədələnməsi nəticəsində qlobal miqyasda "su iflası” mərhələsinə keçilib.

Dünya Bankanın məlumatına görə isə son 20 ildə qlobal şirin su ehtiyatlarında kəskin azalma müşahidə olunur. Qurumun hesablamalarına əsasən, dünya hər il təxminən 324 milyard kubmetr şirin su itirir. Bu həcm 280 milyon insanın illik su tələbatını ödəyə biləcək miqdara bərabərdir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
qaynarinfo.az

1Mənbələr