“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın müdafiəçisi Bəhlul Mustafazadənin klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Qurbanov bu barədə Misli Premyer Liqasında 17-ci turunda “Kəpəz”lə oyundan (0:2) sonra danışıb.
Təcrübəli mütəxəssis Mustafazadə ilə maraqlananın olduğunu təsdiq edib.
“Maraqlananlar var. Amma hələ ki, konkret qərar verilməyib”, - baş məşqçi deyib.
Xatırladaq ki, mediada müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılıb.
Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vurub.