Evləri və həyətləri su basıb… Sakinlər uzunboğaz çəkmə ilə gəzirlər...
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonu, Masazır kəndi, Paşa Təhməzov küçəsindəndir. Sakinlər iddia edirlər ki, yaxınlıqda olan göl maklerlər tərəfindən qanunsuz şəkildə doldurulur. Nəticədə də evlər su içərisində qalır. Müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Sözügedən məsələyə görə, ərazidə anti-sanitar vəziyyət yaranıb. Hətta sakinlər evlərindən çıxmaqda çətinlik çəktiklərini bildirirlər.
Məsələ ilə bağlı İri şəhərlərin birləşmiş su təchizatı xidmətinə müraciət etsək də, sorğumuza cavab verilmədi.
Masazır Bələdiyyəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, son vaxtlarda yağışların intensiv yağması səbəbindən gölün ətrafında olan evlərdə belə xoşagəlməz hallar baş verib. Bələdiyyə tərfindən tədbirlər görülür. Həmin həyətlərə dolan su matorlar vasitəsilə kanalizasiyalara vurulur. Göldə hər hansı bir doldurulma işləri aparılmır. Ətrafda olan evlər uzun illər əvvəl tikilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.