AZ

Bundesliqa: "Bavariya" mövsümdə ilk dəfə məğlub olub

Almaniya Bundesliqasında turun bir sıra oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində "Bayer Leverkuzen" doğma meydanda "Verder Bremen"i minimal hesabla – 1:0 məğlub edib.

Günün əsas sensasiyalarından biri Münhendə yaşanıb. "Bavariya" mövsümdə ilk dəfə evdə "Auqsburq"a 1:2 hesabı ilə uduzub.

Digər oyunlarda "Ayntraxt Frankfurt" səfərdə "Hoffenhaym"a 1:3 hesabı ilə məğlub olub, "Haydenhaym" isə doğma meydanda "Leyptsiq"lə bacarmayıb – 0:3.

Turun digər görüşündə isə "Maynts" öz meydanında "Volfsburq"u 3:1 hesabı ilə məğlub edib.

“Roma” futbolçusunu icarəyə verib

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

“Feyenoord”u “Marsel”ə dəyişdi - RƏSMİ

Emre Belözoğlu hakimləri tənqid etdi: “Bu liqa belə davam edə bilməz”

“Fənər”in futbolçusu Super Liqada klubunu dəyişib

Seçilən
142
1
apasport.az

2Mənbələr