ABŞ Azərbaycanı etibarlı və strateji tərəfdaş kimi qəbul edir.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Zaur Məmmədov deyir ki, ABŞ prezidentinın ötən ilin avqustunda imzalanmış Sülh sazişinə sadiq qaldığı üçün Prezident İlham Əliyevə təşəkkür etməsi, sülh prosesində Azərbaycanın rolunu yüksək qiymətləndirməsi ölkənin beynəlxalq nüfuzunun artdığını və məsuliyyətli aktor kimi tanındığını göstərir.
Politoloq bildirir ki, Amerika istehsalı olan müdafiə avadanlıqlarının satışının gündəmə gəlməsi isə təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Zaur Məmmədov qeyd edib ki, ABŞ Vitse-prezidentin Azərbaycana səfərinin planlaşdırılması olduqca böyük əhəmiyyət daşıyır. İkitərəfli siyasi dialoqun yüksək səviyyəyə qalxdığının göstəricisidir. Bu cür səfərlər adətən yalnız mühüm tərəfdaş ölkələrlə həyata keçirilir və bu, Azərbaycanın Cənubi Qafqazda ABŞ üçün açar mövqedə olduğunu təsdiqləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.